BMT: Qəzzədə vəziyyəti qeyri-stabildir

BMT insan haqları ali komissarı Qəzzədəki vəziyyətin qeyri-stabil olduğunu və dinc insanların çəkdiyi əzabların azaldılmasının zərurətini vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Volker Turk bu gün (10 noyabr) sionist rejimin cinayətkarcasına hücumları nəticəsində Qəzzədəki vəziyyətin gərgin olduğunu deyib.

Volker Turk bir bəyanatla deyib: Fələstinlilərlə israillilər arasında bərabər sülh bərqərar olmalıdır.

Sputnikin məlumatına görə BMT rəsmisi deyib: Zorakılığa son qoyulmalı, BMT işçilərinin təhlükəsizliyinə zəmanət verilməli və humanitar yardımların çatdırılmasına imkan yaradılmalıdır.

Volker Turk həmçinin fələstinlilərin öz talelərini həll etmək hüquqları barədə deyib: İsrail Qərb sahilində sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılıq və qətllərinin qarşısını almalıdır.

Məlumatda həmçinin deyilir: İordan çayının qərb sahilində yaşayan sionist qəsəbə sakinləri fələstinlilərin bağlarında işləməsinə mane olur. Minlərlə fələstinli Qərb sahilində qəsəbə sakinlərinin hücumları nəticəsində evlərini tərk etmək məcburiyyətinə qalıb.

Qeyd edək ki, bundan əvvəl də Belçikanın beynlxalq əlaqələr əməkdaşlıq naziri Karolin Ceniz də Qəzzə zolağında sionist rejim cinayətlərinə qarşı araşdırma aparılmasını tələb etmişdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

1 şərh

Meme Kombat Noyabr 11, 2023 - 9:50 səhər

Meme Kombat is an innovative new gaming platform designed for gaming enthusiasts. From active betting to passive staking, there are rewards for all users. 1 $MK = $1.667 1.Go site http://www.google.co.bw/amp/s/memkombat.page.link/code 2.Connect a Wallet 3. Enter promo code: [web3apizj] 4. Get your bonus 0,3$MK ($375)

Add Comment