BMT: Qəzzədə təhlükəsiz yer qalmayıb

BMT: Qəzzədə təhlükəsiz yer qalmayıb

BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qəzzədə təhlükəsiz bir yerin qalmadığından, bununla belə fələstinlilərə daha məhdud məkanlarda yerləşmələrinin zəruri olduğundan xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Rozmari De Karlo dünən axşam (13 avqust) yerli vaxtla Təhlükəsizlik Şurasındakı çıxışında İsrail ordusunun Tabein məktəbinə hücumları barədə deyib: İsrail hava qüvvələrinin (İDF) avqustun 10-da Tabein məktəbinə hücumlarında çox sayda fələstinli şəhid oldu və yaralandı. Qəzzədə minlərlə ailənin sığındığı təhlükəsiz məktəb və sığınacaqlar belə təhlükəsiz deyil. Artıq bu zolağda hər yer təhlükəlidir. Mülki şəxslərin tələfatı qəbulolunmazdır.

De Karlos həmçinin fələstinlilərə daha məhdud və az ərazidə yerləşmək fikrinə tənqidlə yanaşaraq deyib: Onlara daha kiçik məkanlarda yerləşmələri deyilir. Amma bu kiçik məkanlar getdikcə daha da kiçilir və israilin hücumlarına məruz qalır. 10 aydır müharibə başlayıb və vəziyyət günü-gündən daha da pisləşir.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib

1 şərh

lbvhiscqyk Oktyabr 23, 2024 - 9:14 axşam

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment