BMT Qəzzədə atəşkəsə çağıran qətnamə layihəsini təsdiqlədi

BMT Baş Assambleyası 21 ərəb ölkəsi tərəfindən hazırlanmış Qəzzə zolağında humanitar məqsədlər üçün atəşkəsə çağıran qətnamə layihəsini təsdiqləyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Bas Assambleyanın fövqəladə iclasında BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.

Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib