BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bu ölkədə hakimiyyət keçid dövrü birtikdən sonra azad seçkilərin keçirilməsini istəyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Geir Pedersen bu gün (18 dekabr) Suriyanın şimal-şərqində vəziyyətin tezliklə yaxşılaşacağına ümidvarlıq edərək deyib: Bu ölkənin təcili humanitar yardımlara ehtiyacı var. Vəziyyət monitorinq altındadır və keçid dövründən sonra nələr baş verəcəyini izləyirik.

Geir Pederson həmçinin vurğulayıb: Biz Suriyanın müxtəlif kəsimləri ilə əməkdaşlıq edirik. Dövlət orqanlarının tamamilə işə başlamasından sonra təhlükəsizliyin təmin olunacağına inanırıq.

Suriya əleyhinə sanksiyaların tezliklə bitəcəyinə ümid etdiyini qeyd edən BMT rəsmisi deyib: Suriyada ədalət bərqərar olmalı, vahid bir məhkəmə sistemi yaradılmalı, ölkə vətəndaşlarının ədalətli bir sistemdə yaşaması üçün şərait hazırlanmalıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib