BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Taliban rəsmiləri ilə görüşüb

QafqazTimes xəbər verir ki, Talibanın baş nazirinin siyasi müavini Mövləvi Əbdül Kəbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT baş katibinin Əfqanıstan üzrə müavini Ramiz Ələkbərov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Əfqanıstandakı nümayəndəsi Karlin Vanburn ilə görüşüb.

Görüş zamanı tərəflər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının fəaliyyəti və xidmətləri, əfqan qaçqınlarının ləyaqətlə vətənə qayıtması və köçkün ailələrinə daha yaxşı xidmət göstərilməsi və onların yenidən məskunlaşdırılması yollarını müzakirə ediblər.

Filippo Qrande Əfqanıstandakı təhlükəsizlik vəziyyətindən məmnunluğunu bildirib və qaçqınların probleminin birdəfəlik aradan qaldırılması üçün ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb.

Mövləvi Əbdül Kəbir onların əfqanlar üçün görülən işlərini yüksək qiymətləndirərək deyib: “Əfqanlar vətənlərini sevirlər, lakin davam edən müharibələr səbəbindən vətənlərini tərk etmək məcburiyyətində qalıblar.”

O, əlavə edib ki, Taliban bütün Əfqanıstanda təhlükəsizliyi təmin edib və ümid edir ki, İran və Pakistanda olan əfqan qaçqınlarının layiqli şəkildə geri qayıtması üçün şərait yaradılacaqdır.

Mövləvi Əbdül Kəbir, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əfqan qaçqın və məcburi köçkünlərin işi üzrə daha çox həmkarlıq etməsinin zəruriliyini vurğulayaraq, Talibanın əfqanların hüquqlarını qoruduğunu bildirib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək