BMT-nin qərargahında bayraqlar yarıya endirildi – FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın embleminin əks olunduğu bayraqlar yarıya endirilib.

Bu qərar bazar günü helikopter qəzasında həlak olan İran prezidenti, xarici işlər naziri və digər rəsmilərin xatirəsinə hörmət əlaməti olaraq qəbul edilib.

Xatırladaq ki, mayın 19-da İran-Azərbaycan sərhədi yaxınlığında İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olublar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi