BMT-nin baş katibi İsrailin Qəzzadakı xəstəxanalara hücumları barədə xəbərdarlıq edib

BMT-nin baş katibi İsrailin Qəzzadakı xəstəxanalara hücumları barədə xəbərdarlıq edib

BMT baş katibinin sözçüsü İsrailin Qəzzadakı xəstəxanalara hücumundan narahatlığını bildirib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən,  Qəzzada baş verən son hadisələrə cavab olaraq BMT-nin rəsmisi Stefan Düjarrik deyib: İsrailin Qəzza zolağına humanitar yardım və zəruri əşyaların daxil olmasına mane olmasından 7 həftədən çox ötür və baş katib İsrail qüvvələrinin Qəzza zolağında Əl-Əhli xəstəxanasının bombalanmasından da dərin narahatdır.

Düjarrik Qəzza zolağında günü-gündə pisləşən humanitar vəziyyətə işarə edərək deyib: Hazırda Qəzza əhalisinin təxminən 70%-i İsrailin məcburi təxliyə əmri altındadır. Beynəlxalq hüquqa əsasən, mülki şəxslər hər zaman qorunmalıdır və onlara hörmət mütləqdir. Atəşkəs dərhal təxirə salınmadan bərpa olunmalıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib