BMT: İsrail yerli fələstinlilərə qarşı zorakılıqlarda silahlı qruplaşmaları dəstəkləyir

Qafqaztimes xəbər verir ki, Sionist rejimin 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərə qarşı həddindən artıq zor tətbiq etməsindən bəhs edən bir hesabatda, BMT-nin Milli Azlıqlar üzrə Xüsusi Məruzəçisi Fernand de Vrance, yəhudi gəlmələrin və silahlı dəstələrin rəsmi İsrail təhlükəsizlik xidmətlərinin himayəsi altında bu təcavüzləri yerinə yetirdiklərini vurğulayıb.

O, İsrailin işğal olunmuş ərazilərdə yaşayan bütün vətəndaşlara qarşı tam və bərabər dəstəyini tələb edərək deyib: “Radikal sağçı qrupların hücumları və İsrail təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyaları zamanı həddindən artıq zorakılıqlar fələstinlilərə qarşı ən ciddi təzyiqlərə səbəb olub.”

BMT məruzəçisi əlavə edib: “Fələstinlilər uzun müddətli ayrı-seçkilik və marginalizasiyadan sonra hələ də ağır bir zorakılığa qatlaşmağa davam edirlər.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur