BMT İsrail rejiminin fələstinlilərə qarşı cinsi zorakılıq tətbiq etdiyini açıqladı

Birləşmiş Millətlər Təşkilatının müstəqil Beynəlxalq Araşdırma Komissiyası işğal edilmiş Fələstin əraziləri ilə bağlı şok edici bir hesabat yayımlayaraq, İsrail rejiminin fələstinlilərə qarşı cinsi və gender əsaslı zorakılığın geniş və təşkilatlı şəkildə istifadə edildiyini açıqladı.

“İnsanın dözə biləcəyindən daha çox” başlığı ilə yayımlanan hesabatda, İsrail rejiminin təhlükəsizlik qüvvələri və məskunlaşanlar tərəfindən fələstinli qadınlar, kişilər və uşaqlara qarşı tətbiq edilən cinsi zorakılığın təcrid olunmuş hallar deyil, bu rejimin işğalçı qüvvə kimi fələstinlilərə qarşı tətbiq etdiyi strukturlaşdırılmış və ayrı-seçkilik əsasında bir təzyiq nümunəsi olduğu vurğulanır.

Rəqəmsal dəlillər, qurbanların ifadələri və sahə araşdırmaları əsasında hazırlanan bu hesabatda, təcavüz, cinsi təcavüz, fələstinli qadınların alçaldılması, hərbi əməliyyatlar zamanı onların hədəf alınması və Qəzzədə tibbi və reproduktiv infrastrukturun qəsdən məhv edilməsi kimi hallara istinad edilir. Bu tədbirlər fələstinli qadınlar arasında sağlamlıq xidmətlərinə çıxışın məhdudlaşdırılması, aclığın artması və genişmiqyaslı humanitar böhranın yaranması ilə nəticələnib.

Qafqaztimes

Related posts

Bu yolda…

Ən azı…

BMT Suriyadakı ələvilərə qarşı Culanı rejiminin hücumlarını pislədi