BMT: İsrail qara siyahıya düşəcək

BMT: İsrail qara siyahıya düşəcək

BMT baş katibi sionist rejimin Qəzzə cinayətlərinə görə bu təşkilatın qara siyahısında yer alacağı barədə məlumat verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Antonio Quttereş İsrail rəsmilərinə BMT-nin bu rejimi təşkilatın qara siyahıya salacağı barədə məlumat verdiyini deyib.

BMT baş katibi dünən də sionist rejimin 40 nəfərin ölümü ilə nəticələnən məktəb hücumuni pisləyən bəyanat yaymışdı.

Xatırladaq ki, Fələstin Təhsil Nazirliyinin məlumata görə 2023-cü il oktyabrın 7-dən bəri Qəzzədə şəhid uşaqların əksəriyyəti məktəb və uşaq bağçalarının şagirdləridir.
Bu açıqlamaya görə, eyni müddət ərzində İordan çayının qərb sahilində 64 şagird işğalçı qüvvələr tərəfindən şəhid edilib.

Fələstin Təhsil Nazirliyi sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərin ən çox qurbanlarının uşaqlar olduğunu və bu müharibə nəticəsində böyük bədəl ödədiklərini qeyd edib.

Qəzzə zolağına qarşı müharibə başlayandan bəri 620 min şagird və 88 min tələbə təhsildən məhrum olub və onların əksəriyyəti ruhi və fiziki xəsarətlərlə üzləşib.

Related posts

Hizbullahın Hayfaya hücumunda 5 sionist yaralandı

Hizbullah sionist hərbçilərin toplantısını darmadağın edir

Demokratlar Co Baydendən sionist rejimin iki nazirinə sanksiya qoymasını tələb edir