BMT: İsrail öz vəzifəsini yerinə yetirmir

BMT İsrailin Rəfəh keçidinə humanitar yardımların çatdırılmasına maneələrini öz beynəlxalq vəzifələrini yerinə yetirməməkdə təqsirkar hesab edir.

Əl Aləm telekanalının məlumatına əsasən, BMT-nin  Humanitar Yardım Koordinasiya ofisinin mətbuat katibi Jens Larki bu gün (31 may) Cenevrədə deyib: Rəfəh keçidində olan humanitar yardımların ehtiyaclı insanlara çatdırılmaması böyük bir problemə çevrilib.

Jens Larki həmçinin İsrail rəsmilərinin Kərəm Əbu Salim keçidindəki hərbçilərinin məsuliyyətsizliyinə işarə edərək BMT-nin bu xüsusda yardıma ehtiyacı olduğunu da qeyd edib.

Larki deyib: Biz İsrail rəsmilərinin qanuna riayət etmələrini, humanitar yardımların Qəzzəyə dərhal çatdırılmasını vurğulasaq da, heç bir faydası yoxdur. İsrail sərhəd keçidində olan yardım yüklərinin məhdudiyyətsiz keçməsi və müharibə görmüş insanların bu yükləri almaq üçün keçidə daxil olması qanununa əməl edilmir.

Jens Larki vurğulayıb: Bizim humanitar yardımların Qəzzə əhalisinə çatdırmaq vəzifəmizi yerinə yetirməkdə köməyə ehtiyacımız var və tərəflərin də qanuna hörmət etmələrini gözləyirik.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir