BMT İnsan Haqları Şurasının qərarı sionist rəsmilərini qəzəbləndirdi

Qafqaztimes xəbər verir ki, BMT İnsan Haqları Şurasının sionist rejimin Qəzzaya qarşı son müharibədəki cinayətləri ilə bağlı istintaq başladılması qərarı, bu rejim rəsmilərini qəzəbləndirib.

İlk öncə İsrail baş naziri Benyamin Netanyahu bu addımı “utanc verici” olaraq xarakterizə edib.

İsrail Xarici İşlər Nazirliyi də bu qərara etiraz olaraq BMT-nin istintaqı ilə əməkdaşlıq etməyəcəyini elan edib.

BMT İnsan Haqları Şurası, cümə axşamı gecəsi sionist rejim ilə Qəzzadakı Fələstin müqaviməti arasında baş verən son müharibədə işlənən cinayətlərə dair istintaq işinin başladılması qərarını qəbul edib.

Reuters, adı açıqlanmayan bir BMT rəsmisinə istinadən, İnsan Haqları Şurasının 24 üzv dövlətinin qərara müsbət rəy verdiyini söyləyib.

Altı üzvün qərara müxalif olduğu və 14 ölkənin isə bitərəf qaldığı bildirilir.

Bu layihə İslam Əməkdaşlıq Təşkilatı və Fələstin nümayəndə heyəti tərəfindən Birləşmiş Millətlər Təşkilatına təqdim edilib.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib