BMT insan haqları ali komissarlığı rəsmisi İsrail cinayətlərinə görə istefa verdi

BMT insan hüquqları ali komissarlığı Nyu York ofisinin direktoru Qərb ölkələrinin dəstəi ilə sionist rejimin Qəzzədəki cinayətləri və müharibənin davamına etiraz əlaməti olaraq istefa verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Graig Mokhiber İsrail rejiminin açıq-aşkar Qəzzədə soyqırımı törətdiyini elan edərək istefa ərizəsində yazıb: Amerika, İngiltərə və əksər Avropa ölkələri dəhşətli hücumlarda tam ortaqdırlar. Bu dövlətlər təkcə Cenevrə konvensiyalarına riayət etməkdə müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etmir, hətta faktiki olaraq münaqişəni daha da alovlandırır, İsrail cinayətlərinə siyasi-diplomatik dəstək verirlər.

Mokhiber həmçinin yazıb: Kütləvi cinayətlərin qarşısını almaq kimi vəzifəmizin öhdəsindən gəlmədiyimiz aydın məsələdir. Biz yenə də uğursuzluğa doğru gedirik.

Related posts

İstanbulda ələvi qətliamına etiraz – video

General Baqeri: Heç kəs İrana hücum etməyə cəsarət etməyəcək

İranın nüvə proqramının ləğvi üçün danışıqlar heç vaxt baş tutmayacaq