BMT Fransanın Paris Olimpiadasında hicaba qadağasını tənqid etdi

Birləşmiş Millətlər Təşkilatı gələn il Parisdə keçiriləcək olimpiadada hicab qadağasından narazılığını ifadə edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, BMT insan haqları ofisi gələn il Parisdə keçiriləcək olimpiada oyunlarında fransalı qadınlara hicab qadağasına reaksiya bildirirək elan edib: Heç kəs bir qadını nə geyinib-geyinməməsinə məcburi müdaxilə edə bilməz.

BMT İnsan Haqları ofisinin sözçüsü Mariya Huartado deyib: İnsan haqları beynəlxalq standartlarına əsasən, din, məzhəb yaxud geyim seçimi kimi etiqadi məsələlər yalnız və yalnız özəl mövqelərdə qəbul oluna biləcək faktorlardır.

Qeyd edək ki, bir neçə gün öncə Fransanın bədən tərbiyəsi naziri Ameli Uada Kastra Paris Olimpiada oyunlarında sekularizm prinsiplərinə hörmət əlaməti olaraq fransız qadın idmançılarının hicabla iştirakına qadağa qoyulacaq.

Xatırladaq ki, 2024-cü il iyunun 26-dan avqustun 11-nə qədər Parisdə Yay Olimpiada oyunları keçiriləcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib