Blinkenin Tel Əvivdəki iqamətgahı qarşısında aksiya

Blinkenin Tel Əvivdəki iqamətgahı qarşısında aksiya

İnformasiya qaynaqları ABŞ dövlət katibinin qaldığı hotel qarşısında etiraz aksiyası keçirildiyindən xəbər verir.

İRNA-nın bugünkü ( 22 oktyabr) məlumatına əsasən, baş nazir Benyamin Netanyahu və Qəzzada atəşkəs sazişinin bağlanmamasına qarşı keçirilən bu aksiya iştirakçıları sionist rejim və HƏMAS hərəkatı arasında razılaşma və girov mübadiləsini tələb ediblər.

Sionistlər dəfələrlə Netanyahu kabinetinin Qəzzə müharibəsi ilə bağlı siyasətlərinə qarşı nümayişlər keçirib. Onlar Qəzzada atəşkəs imzalanmasını və əsirlərin  mübadiləsinə dair razılaşma əldə etmək istəyirlər. Etirazçılar Netanyahunu razılığa gəlməyə əsas maneə kimi görürlər.
Şənbə günü sionist əsirlərin ailələri prezident  İshaq Hersoqun evinin qarşısına toplaşaraq Qəzzədə Həmas-ın saxladığı girovların azad edilməsini tələb ediblər.
Qeyd edək ki, Antoni Blinken bu gün Qərbi Asiya regionuna daha geniş səfərinin ilk dayanacağında Qəzza zolağında atəşkəs danışıqlarını canlandırmaq, Qəzzanın gələcəyini və bu sahədə mövcud hadisələri müzakirə etmək məqsədi ilə işğal olunmuş ərazilərə daxil olub.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir