Blinken yenə Orta  Şərqə gəlir

ABŞ mediaları dövlət katibi Antoni Blinkenin Orta Şərqə səfər edəcəyindən xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Axios-un məlumatına görə, ABŞ rəsmisi bir daha Qəzzə müharibəsi zəminində müzakirələr üçün bir neçə ərəb ölkəsinə səfər edəcək.

Qeyd edək ki, Antoni Blinken Qəzzə müharibəsi başlandığından  4-cü dəfədir ki, Orta Şərqə səfər edir.

Xatırladaq ki, ABŞ zahirdə Qəzzə müharibəsinin dərhal sonlandırılmasını istədiyini desə də, faktiki olaraq Tel Əvivə məhdudiyyətsiz hərbi və maddi yardımları ilə bu müharibəni dəstəklədiyini nümayiş etdirməkdən əlavə BMT TŞ-nin Qəzzədə dərhal atəşkəs qətnaməsinin qəbul olunmaması üçün veto hüququndan istifadə edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib