Blinken yenə işğal olunmuş Fələstinə gedəcək

7 oktyabr Qəzzə müharibəsi başlanandan ABŞ dövlət katibi 4-cü dəfə işğal olunmuş Fələstinə getməyi planlaşdırır.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Antoni Blinken gələn həftə Fələstinə getməyə hazırlaşır.

Axios portalının bu gün (22 noyabr) ABŞ-ın 2 rəsmisinə istinadən xəbər verir: Blinken İsrail və Fələstin rəsmiləri ilə Qəzzə müharibəsi barədə müzakirələr üçün səfər proqramlaşdırır.

Məlumata görə Blinkenin regiona bu səfəri hələ qətiləşdirilməyib. Amma şükranlıq bayramı və Brüsseldə dünya XİN-lərinin Nato iclasından sonra (çərşənbə axşamı günü) olacağı ehtimalı verilir.

Axiosun məlumatına görə Blinkenin bu səfəri Qəzzədə müvəqqəti atəşkəs və İsrail-Həmas arasında girov mübadiləsi razılaşması əsnası üçün nəzərdə tutulub.

ABŞ dövlət mətbuat katibi Metyu Miller Axiosa bu barədə məlumat verə bilməyəcəyini də deyib.

Qeyd edək ki, sionist rejimin müharibə naziri Yoav Qalant bu gün səhər (22 noyabr) ABŞ müdafiə naziri Llyod Austinlə Qəzzə hücumları barədə telefon müzakirəsi aparıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib