Blinken İsrailin durumu üçün işğal olunmuş Fələstinə getdi

ABŞ Dövlət katibi dünən (13 oktyabr) Antoni Blinken İsrailin Qəzza zolağına ehtimal olunan genişmiqyaslı hücuma hazırlaşdığı bir vaxtda HƏMAS-a təzyiq göstərmək məqsədilə işğal olunmuş Fələstinə gedib.

Məlumata görə Blinken sionist baş nazir Netanyahu ilə görüşərək Qəzzə məsələsinin həlli barədə danışıqlar apardıqdan sonra Əmmanda İordaniya kralı Məlik Abdullah və Fələstin Özüzüidarə Təşkilatının başçısı Mahmud Ababsla görüşüb.

ABŞ medialarının yazdığına görə Blinken Əl Əqsa Tufanı əməliyyatının region ölkələrinə yayılmasından qorxduğu üçün bu məsələnin tezliklə həll olunmasını istəyir.

İsrail qəzetləri xəbər verir ki, Həmasın bir həftə əvvəl hücumu zamanı ələ keçirdiyi bəzi israillilərin cəsədləri İsrail ordusu tərəfindən cümə günü Qəzzaya qurudan basqın zamanı tapılıb.

İsrailin Haaretz və Jerusalem Post qızetləri yazır ki, İsrail Müdafiə Qüvvələri qeyri-müəyyən sayda cəsəd tapıb, onları İsrail ərazisinə qaytarıb və itkin düşmüş insanlara aid bəzi əşyalar əldə edib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir

1 şərh

витрина промокодов 1xbet Oktyabr 16, 2023 - 10:42 səhər

промокод 1xbet 2024 промокод 1xbet 2024

Add Comment