Blinken: İsrail Qəzzəni bir daha işğal etməməlidir

ABŞ dövlət katibi İsrailin Həmasla müharibəsi bitdikdən sonra Qəzzəni bir daha işğal etməməli olduğunu deyib.

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, G7 qrupunun xarici işlər nazirlərinin görüşləri üzv ölkələrin İsrail-HƏMAS müharibəsi və Qəzzada baş verən humanitar böhrana cavab olaraq “bir səslə” çıxış etməsi üçün vacib məqamdır.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Entoni Blinken bu gün (8 noyabr) Böyük Yeddilər (G7) Qrupunun xarici işlər nazirlərinin Tokioda keçirilən zirvə toplantısı çərçivəsində jurnalistlərə verdiyi müsahibədə İsraildən Qəzzəni bir daha işğal etməməsini istəyib.

Qeyd edək ki, G7 üzvləri mülki itkilərin minimuma endirilməsinin vacibliyini getdikcə daha çox vurğulasalar da, İsrailin hərəkətlərini birbaşa tənqid etməkdən çəkiniblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir