Blinken: İranla daha çox gərginlik Amerika və İsrailin marağında deyil

Axios ABŞ dövlət katibi Entoni Blinkenə istinad edərək yazıb ki, İranla daha çox gərginlik ABŞ və İsrailin maraq dairəsini əhatə etmir.

Təsnim Xəbər Agentliyinin xəbərinə əsasən, Axios dünən (16 aprel) yazıb: ABŞ dövlət katibi Entoni Blinken yəhudi liderləri ilə görüşdə İranla daha çox gərginliyin olmasının ABŞ və İsrailin xeyrinə olmadığını deyib.

Məlumata görə, Entoni Blinken bazar ertəsi günü  İsrail Müharibə Kabinetinin üzvü Benny Gantz ilə söhbətində oxşar mesajı vermişdi.

Bu media yüksək rütbəli bir amerikalı məmurlara istinadən iddia edib ki, Birləşmiş Ştatların qiymətləndirməsinə görə Tehran İsrailin İran ərazisinə istənilən əhəmiyyətli hücumuna yeni raket və pilotsuz təyyarə hücumları ilə cavab verəcək.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir