ABŞ dövlət katibi prezident Co Baydenin Çin prezidentinə “diktotor” dediyini və bunun ümumi nəzəri açıqladığını təsdiqləyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Entoni Blinken dünən axşamkı müsahibəsində “Çin prezidenti Şi Cin Ping doğrudandamı diktatordur?” sualının cavabında deyib: ABŞ prezidenti bu məsələni açıq-aşkar söyəlib. Mən onunla 20 ildən artıqdır ki, işləyirəm. O, bizim hamımızın dilindən danışır.
Dövlət katibi Co Baydenin bütün ABŞ məmurlarının fikrini söylədiyini bir daha vurğulayaraq qeyd edib: Məsələ Çin olduqda bizim dedikləmizi bəyənmir və biz də onların istədiklərini qəbul etmirik.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyunun 21-də Kaliforniyada etdiyi bir çıxışında çinli həmkarı Şi Cin Ping haqda danışarkən onu diktator kimi qələmə verib.
Co Bayden Entoni Blinkenin Pekin səfərindən bircə gün sonra Çin hava şarının ABŞ səmasında görünməsindən çox narahat olduğunu qeyd edərək deyib: Mən içində iki konteyner yükü olan o şarı vurduğumda Çin prezidenti bundan xəbərsiz olduğunu dediyində çox narahat idi. Amma diktatorların narahatlıq növü belə olur. Çünki onlar nələr baş verdiyini bilmirlər.