Blinken Ərəbistanda İran əleyhinə danışdı

ABŞ dövlət katibi ərəbistanlı əməkdaşı ilə keçirdiyi mətbuat konfransında İran əleyhinə əsassız iddialarını təkrar edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistanında səfərdə olan Antoni Blinken (8 iyun) ABŞ-ın Suriyadakı hərbi hücumlarını əsaslandırmaq zəminində ümumi auditoriyanın fikrini yayındırmaq, iranofob siyasətini yürütmək məqsədi ilə yenə də İran əleyhinə ittihamlar irəli sürüb.

“Hər iki tərəf Yəməndə sülh, firavanlıq və təhlükəsizliyə nail olmaq üçün hərtərəfli siyasi razılaşma da daxil olmaqla, Yaxın Şərqdə və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün birgə öhdəliklərini təsdiqləyib. Dövlət katibi, həmçinin vurğulayıb ki, ikitərəfli əlaqələr insan haqları sahəsində irəliləyişlə möhkəmlənir”.

Qeyd edək ki, Blinken İsrail tərəfdarı AIPAC lobbisinin iclasında bildirib ki, Səudiyyə Ərəbistanına səfərinin bir hissəsi İsrail-Səudiyyə münasibətlərini inkişaf etdirməyi əhatə edəcək.

“Biz inanırıq ki, onun inkişafında mühüm rol oynaya bilərik və həqiqətən də oynamalıyıq” , Blinken deyib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir