“Biz hələ uranı 60%-dən çox zənginləşdirməmişik”

İran AET sözçüsü Behruz Kəmalvəndi uranın 84% zənginləşdirmə iddialarını təkzib edərək deyib: . “Zənginləşdirmə prosesində 60 faizdən çox uran hissəciklərinin  olması uranın 60 faizdən çox zənginləşdiyi anlamına gəlmir. İndiyə qədər biz uranı 60 faizdən çox zənginləşdirməmişik”.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Blomberg Xəbər Agentliyi AEBA-nın İranda uranı 84% zənginləşdirdiyini iddia etdikdən sonra İran AET təşkilatı rəsmi olaraq elan edib: Çox təssüflər olsun ki, AEBA hələ də İrana təzyiqlər göstərmək üçün bu məsələdən siyasi sui-istifadələrə əl atır. Bu məsələ MAQATE-nin etibar və nüfuzuna mənfi təsir edir.

Behruz Kəmalvəndi daha sonra bir mələyə də aydınlıq gətirərək deyib:  60%-dən çox uran zərrəciklərinin olması heç də uranın 60%-dən çox zənginləşdirilməsi demək deyil.

İran AET-nin sözçüsü həmçinin MAQATE hesabatının köhnəlmiş məlumatlara əsaslandığını vurğulayıb.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq