Birləşmiş Ştatların Çini blokadaya almaq səyləri

Qafqaztimes xəbər verir ki, Çin xarici işlər nazirliyinin sözçüsü Zhao Lijian deyib ki, ABŞ ordusunun hesabatı Vaşinqtonun Çini blokadaya almaq üçün hər cür səy göstərdiyini tam şəkildə göstərir.

Zhao Lijian Pentaqonun bir hesabatda Pekinə qarşı müdafiəsini gücləndirmək üçün Quam və Avstraliyadakı hərbi bazalarını genişləndirmək niyyətində olması barədə suala belə cavab verib: Pentaqonun hesabatı Birləşmiş Ştatların Hind və Sakit okeanlarını hərbiləşdirmək və Çini blokadaya almaq və onu kontrol etmək üçün hərtərəfli səy göstərmək kimi niyyətini tam əks etdirir.

O, əlavə edib ki, Çinin milli müdafiə qüvvələrinin inkişafı ölkənin suverenliyini, təhlükəsizliyini və inkişafını qorumaq üçündür. Amerikanın bütün dünyada açıq-aşkar qılıncoynatmaları, hegemonluğu, zorakılığı və regional sülh və sabitliyi pozması bizimlə ABŞ arasında olan əsas fərqimizdir.

Lijian əlavə edib ki, biz Amerika tərəfinin öz hərəkətlərinə haqq qazandırmaq, hərbi xərclərini artırmaq və hərbi hegemonluğunu “Çin təhdidi” nəzəriyyəsi ilə saxlamaq səylərinə və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən addımlarına qarşıyıq.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır