Birləşmiş Millətlər Təşkilatı: İsrail sülh prosesini zəiflədir

QafqazTimes xəbər verir ki, BMT baş katibinin Qərbi Asiya sülh prosesi üzrə nümayəndəsi Tur Vinsland işğal altındakı Fələstin ərazilərinin Qüdsdə, Fələstin düşərgələrində və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gərginliyin şahidi olduğunu bildirib.

Vinsland sionist mühacirlərin şiddətinin artmasına, evlərin sökülməsinə, ailələrin Qüds və onun ətrafından köçürülməsinə diqqət çəkərək bu addımların İordan çayının qərb sahilinin parçalanmasına, Fələstin rəhbərliyinin zəifləməsinə və sülh prosesinin zəifləməsinə gətirib çıxaracağını bildirib. O, həmçinin Muxtariyyətin maliyyə böhranı və xidmət göstərmək imkanlarının zəifləməsi ilə bağlı xəbərdarlıq edib.

Vinsland bu sözləri BMT Təhlükəsizlik Şurasına Fələstindəki vəziyyətlə bağlı aylıq hesabatı zamanı deyib və Qəzzanın vəziyyəti ilə bağlı orada sarsıntı dolu sabitliyin hökm sürdüyünü bildirib. O, xəbərdarlıq edib ki, əsaslı siyasi dəyişikliklərin olmaması bu sakitliyin müvəqqəti olduğunu göstərir. O, həmçinin İsrailin Qəzza zolağına malların idxalına və insanların get gəlinə qoyduğu məhdudiyyətlərin azaldılmasının vacibliyini vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur