Bir yenot üç milyon əhalisi olan şəhəri işıqsız qoydu

Kanadanın ən böyük şəhərlərindən biri olan, təxminən üç milyon insanın yaşadığı Toronto şəhərini bir yenot elektrik enerjisindən məhrum edib.

Qeyd olunub ki, heyvan yarımstansiyaya dırmaşaraq avadanlığı sıradan çıxarıb. Nəticədə bir neçə rayonda minlərlə insan işıqsız qalıblar.

Mütəxəssislər avadanlığın təmirinə üç saatdan çox vaxt sərf etməli olublar. Heyvanı tutmağın mümkün olub-olmadığı isə məlum deyil.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi