Bir raketin qarşısını ala bilməyən rejimin müharibəni genişləndirmə qabiliyyəti də yoxdur

Bir raketin qarşısını ala bilməyən rejimin müharibəni genişləndirmə qabiliyyəti də yoxdur

Əl Qəssam batalyonlarının sözçüsü Yəmənin işğal olunmuş Fələstində yerləşən Yaffaya bugünkü hücumu barədə bəyanat yayaraq bu hadisənin Əl Əqsa Tufanı əməliyyatına keyfiyyət baxımından müsbət təsir göstərəcəyini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əbu Übeyddə bu gün (15 sentyabr) deyib: Bircə ballistik raket üçün önləyici tədbirlər görməkdə aciz qalan rejimin müharibəni yeni cəbhələrdə genişləndirmə qabiliyyəti də yoxdur.
Əbu Übeydə Yəmən silahlı qüvvələrini bu nailiyyətlərinə görə təbrik edərək deyib: Biz yəmənli qardaşlarımızın Fələstinə dəstək mövqeyini təqdirəlayiq hesab edir, onlara bu fədakarlıqlarına görə təşəkkürümüzü bildiririk. Sionist rejim olduğu kimi bataqlıqdadır. İşğalçılarla birlikdə onların müttəfiqləri belə bircə ballistik raketin öhdəsindən gələ bilmədi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur