Bir neçə İsrail casusu Qəzzada tələyə düşüb

QafqazTimes xəbər verir ki, HƏMAS hərəkatındakı bəzi mənbələr Qəzza zolağında müqavimətin təhlükəsizlik xidmətlərinin dövlət təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edərək bir sıra İsrail casusunu həbs etməyə müvəffəq olduğunu açıqlayıb.

HƏMAS hərəkatındakı bəzi mənbələr bildiriblər ki, müqavimətin təhlükəsizlik qüvvələri iki ay əvvəl dövlət təhlükəsizlik aparatı ilə əməkdaşlıq nəticəsində sionist rejimə ölümcül zərbə vurmağa nail olub və rejimin bir neçə casusunu həbs edib.

Bu mənbələrə görə, bu hücumlar işğalçı rejimin kəşfiyyat aparatına və onun zabitlərinə daha böyük zərbə vurmaq üçün davam etdiriləcəkdir. Mənbələr həmçinin, müqavimət və dövlət təhlükəsizlik aparatının işğalçı rejimin kəşfiyyat aparatı ilə böyük münaqişəyə girdiyini və vaxtaşırı rejimə ağrılı zərbələr vura bildiklərini qeyd ediblər.

“Əl-Qüds” qəzetinin məlumatına görə, İsrail kəşfiyyatçıları vətəndaşları tələyə salmaq və onları casusluğa cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edir, lakin təhlükəsizlik xidmətləri bu məsələdə ayıqdırlar və vətəndaşlar arasında maarifləndirmə işi apararaq, onlara xeyriyyə təşkilatlarına, şəxsiyyətlərə və s. aid olduğunu iddia edən və saxta adlarla muzdluları cəlb etməyə çalışan insanlarla ünsiyyətdə olmamaları barədə xəbərdarlıq etməklə, bu cəhdlərin qarşısını alırlar.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya