Bir 14 yaşlı fələstinli yeniyetmə işğalçı qüvvələr tərəfindən şəhid edilib

QafqazTimes xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilində İsrail rejiminin işğalçı qüvvələrinin atəşi nəticəsində bir fələstinli yeniyetmənin şəhid olduğunu açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 14 yaşlı fələstinli yeniyetmə Məhəmməd əl-Şəhhada dünən gecə Beytül-Müqəddəsin şərqində yerləşən Əl-Xızır qəsəbəsində işğalçı qüvvələrin Qüdsdə açdığı atəş nəticəsində şəhid olub.

Fələstin İnformasiya Mərkəzi yerli mənbələrə istinadən xəbər verir ki, ötən gecə Xızır qəsəbəsində baş verən qarşıdurma zamanı İsrail əsgərləri fələstinli yeniyetməyə atəş açıblar.

Bu mənbələrin məlumatına görə, İsrail işğalçıları yaralı yeniyetməni həbs etmiş və ona tibbi yardım edilməsinə imkan verməmişlər. Nəticədə o, şiddətli qanaxma və yaralar səbəbindən həyatını itirmişdir.

Related posts

İstanbulda ələvi qətliamına etiraz – video

Qəssab Culani…

İsrail: Qəzzənin işığını kəsdіk. Növbəti mərhələdə suyu kəsəcəyik