Bin Salman İsrailin casusluq şirkətini almağa çalışır

Qafqaztimes xəbər verir ki, Səudiyyə kral sarayına aid bir mənbə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın iflas təhlükəsi ilə üz-üzə olan İsrail casus şirkəti NSO-nu almaq təklifi irəli sürdüyünü açıqlayıb.

Saudileaks saytı bu barədə yazıb: “Bu mənbə bildirib ki, Bin Salman NSO casus şirkətinə sərmayə qoymaqda çox maraqlıdır.”

Mənbə belə əlavə edib: “Səudiyyə vəliəhdi kibertəhlükəsizliyə sərmayə qoymağa və Səudiyyənin casusluq imkanlarını inkişaf etdirməyə güclü maraq göstərir və İsrailin NSO şirkətini bunun üçün əla fürsət kimi görür.”

Bununla belə, mənbə Səudiyyə Ərəbistanının İsrail şirkətini almaqla bağlı razılaşmasının hələ ilkin mərhələdə olduğunu və İsrailin adı çəkilən bu şirkəti bir müdafiə qurumu hesab etdiyini nəzərə alsaq, bu işin maneələrlə üzləşə biləcəyini vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib