Binəqədidə güclü yanğın (Video izlə)

Fövqəladə Hallar Nazirliyi Bakıda başlayan yanğınla bağlı açıqlama yayıb.

Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanıb. Yanğın 350 kvadratmetrlik ərazidə baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO