QafqazTimes xəbər verir ki, qırx səkkiz saatdan az vaxt ərzində İsrail qüvvələri Beytlehemdə üç gənc fələstinlini güllələyiblər.
Əl-Aləm-in verdiyi məlumata görə, son 48 saat ərzində işğalçı qüvvələrin Beytlehem şəhəri və “Cenin” qaçqın düşərgəsinə hücumları zamanı 3 gənc fələstinli şəhid olub.
İşğalçı rejim qüvvələri dəfn mərasimindən sonra müqavimət əməliyyatlarında iştirak etmək ittihamı ilə ən azı 40 fələstinlini saxlayıb.
İşğalçı qüvvələr son aylarda fələstinlilərə qarşı repressiyalarını genişləndirib. Son iki ayda İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə 1000-dən çox fələstinli gənc saxlanılıb.
İndiki mərhələdə belə görünür ki, işğalçı rejim beynəlxalq ictimaiyyəti başqa işlərlə məşğul etməklə, eyni zamanda ərəb dünyasının sükutunun kölgəsində Fələstin torpağına qarşı öz planlarını həyata keçirməyə çalışır.