S&P İnstitutunun statistik məlumatlarına görə, 2023-cü ilin oktyabr ayına və Əl-Əqsa tufanı əməliyyatına qədər sionist rejimin gündəlik neft idxalının miqdarı gündə təxminən 300 min barel olub. Aşağıdakı fotoda İsrailə neft ixrac edənlərin tərkibi göstərilib, ona əsasən, 2023-cü ilin martına qədər İraq Kürdüstanı İsrailə ən böyük neft tədarükçüsü olub və hətta regionun neft ixracı sutkada 250 min bareldən çox olub.
İraq Kürdüstanı bölgəsinin sionist rejimlə neft ticarətini neft tankerləri ilə Kürdüstan neftini Türkiyənin Ceyhan limanına çatdıran və daha sonra dəniz yolu ilə İsrailə daşıyan Petraco şirkəti həyata keçirib.
Lakin İraq hökumətinin şikayəti və beynəlxalq məhkəmənin qərarı ilə bu ixrac 2023-cü ilin aprelindən dayandırıldı və İsrailin yüksək keyfiyyətli və ucuz neftə çıxışı kəsildi. 2023-cü ilin martından sonra Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi İsrailin ən böyük neft tədarükçüsü oldu.
Azərbaycan da sionist rejimin ikinci ən böyük neft ixracatçısıdır və bu iki müsəlman ölkəsi bu rejimin ehtiyac duyduğu neftin cəmi 60%-ni təmin edir.
Beynəlxalq və Strateji Təhlil Mərkəzi “Sionist rejimin neft tədarükünün vəziyyətinin tədqiqi” adlı hesabatında Qazaxıstan və Azərbaycanın İsraillə neft ticarəti ilə bağlı yazıb:
“Qazaxıstan sionist rejimə gündəlik 90 min barel neft satır ki, bu da rejimin gündəlik ehtiyacının təxminən 30-40%-ni təşkil edir.”
Bu hesabatın başqa bir hissəsində də qeyd olunur: “Azərbaycan İsrailə gündə orta hesabla 45 min barel neft ixrac edir, bu məbləğ sionist rejimin gündəlik ehtiyaclarının təxminən 25%-ni təmin edir, lakin iki tərəf arasında razılaşmaya əsasən , sionist rejimə neft ixracı aylıq 1,6 milyon barrelə çatmalıdır.”
Bu iki müsəlman ölkəsi ilə birlikdə; Qabon, Nigeriya, Misir və Braziliya İsrailə digər neft ixracatçılarıdır.
Kürdüstan bölgəsinin neft ixracı kəsildikdən sonra İsrailin neft tədarükçüləri siyahısına Misir və Braziliya da əlavə edilib.
İstehlak olunan bu neftin 60%-i İslam Əməkdaşlıq Təşkilatına üzv olan iki ölkə ilə ticarət hesabına təmin edilir.
3 şərhlər
great articlesitus toto Terpercaya
This post is fantastic! Your clear and concise explanations make it easy to grasp even the more complex aspects of the topic. The practical examples you provided were very helpful. Thank you for sharing your knowledge and expertise with us.
You’ve really nailed the key points here—thank you.