Beynəlxalq Qüds Günü – işğalçılığın sonu deməkdir + Video

Beynəlxalq Qüds Günü islam ümmətinin sionistlər qarşısında vəhdət simvolu sərgisidir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, regional məsələlər üzrə ekspert Nemət Mirzə Əhməd hətta mübarək Ramazan ayında belə Məscidül Əqsadakı müsəlmanlara rəhm etməyən işğalçı sionist rejimə Beynəlxalq Qüds Gününün müsəlmanların vəhdətinə məğlub olacaqlarını bir daha xatırladaraq deyib: Sionist rejimə təhlükəsizlik vədləri verən radikal Baş nazir Benyamin Netanyahu indi misli görünməmiş daxili siyasi böhranlarla əlbəyaxadır. Amma bununla belə yenə də cinayətlərinə davam edir və işğalçı fitrətindən əl çəkmir.

Ekspertin sözlərinə görə İsraildə məhkəmə reformasiyası layihəsi ilə o, hətta hakim olduğu məkan və xalqa belə xəyanət etməklə özü-öz məhvinə imza atır.

B.Netanyahunun indi də ərəb ölkələrinin ətəyindən yapışıb onlarla yenidən əlaqələrə girməsi bir daha onun son nəfəslərini yaşadığını sübut edir – deyən ekspert söhbətinin davamında belə bir ifadə verib: İslam dini ilə açıq-aşkar düşmənçilik, müsəlmanların ilk qibləsinə qarşı höhrmətsizlik, xalqına xəyanət, 70 ildən artıq Fələstin xalqına etdikləri işğalçı cinayətkar rəftarlar müsəlmanların vəhdətini daha da gücləndirdi və İmam Xomeyninin (rəh) fərmanı ilə təyin olunmuş Qüds gününün beynəlxalq səviyyədə müsəlmanların bir araya toplanmasına zəmin yaratdı.

Nemət Mirzə Əhməd bir daha vurğulayaraq deyib: Beynəlxalq Qüds Günü başda ərəb ölkələri olmaqla digər müsəlman ölkələrin bir araya gəlməsi, ümmət vəhdətini sərgiləmək üçün böyük fürsətdir. Bu vəhdət təkcə bu gündə deyil, ilin hər bir günündə zülmə, işğalçılığa, haqsızlığa və ayrı-seçkiliyə olan hissləri dünya xalqların arasında yayılmaqla özünü büruzə verir.

Homoz boğazında Beynəlxalq Qüds Günü manevri
İraqın Bəsrə sularında Beynəlxalq qüds Günü hərbi manevri

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib