Beynəlxalq məhkəmə Putinin həbs qərarını verdi

Özünü müharibə cinayətləri məsələsində birinci hesab edən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin üçün həbs qərarı çıxarıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, (International Criminal Court) BCM bu gün (17 mart) Putinin həbs qərarını belə əsaslandırıb: Ukraynalıların Rusiyadan qanunsuz deportasiya edilməsi, Ukraynada anti-humanitar soyqırımı və toraqların işğalının məsuliyyəti Vladimir Putinin üzərinə düşür.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində Qərb ölkələri Moskvanı təqsirləndirərək Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı Ukraynanı maddi və hərbi sursat təminatı ilə məşğuldurlar. Eskpertlərin fikrincə Rusiya-Ukrayna müharibəsinin əsas amili Amerika və onun çirkin enerji tranziti məsələsidir. Belə ki, Avropa ölkələri də məhz elə enerji baxımından ehtiyaclı olduqları üçün ABŞ-ın Ukraynaya dəstək əmrinə tabe olmaqla məşğuldurlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib