Beynəlxalq ictimaiyyət Marib təşəbbüsünə laqeydlikdə ittiham olunur

Qafqaztimes xəbər verir ki, Yəmən rəsmiləri və qəbilə ağsaqqalları, Yəmən inqilabı Rəhbərinin Marib əyaləti ilə bağlı təşəbbüsünü müsbət qarşılayaraq, beynəlxalq ictimaiyyətin bu plana biganə yanaşmasının Yəmən üçün sülh və sabitlik istəmədiklərinə işarə olduğunu vurğulamışlar.

Yəmən Milli Qurtuluş Hökuməti danışıqlar qrupunun sədri və Yəmən Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdül Salam bu yaxınlarda açıqlayıb ki, Yəmənin Milli Qurtuluş Hökuməti, Ənsarullah lideri Əbdül Məlik Bədruddin əl-Hüsinin tələbi ilə Omandan bir heyətin Yəmənin paytaxtı Sənaya səfəri ilə yanaşı Marib əyalətində unikal bir təşəbbüs irəli sürmüş və humanitar addımları önə salmışdır.

Əbdül Salam deyib ki, Əbdül Məlik əl-Hüsinin humanitar işlə eyni vaxtda həyata keçirilməsi üçün Oman nümayəndə heyəti vasitəsi ilə ədalətli bir təşəbbüs təqdim etməsi ilk növbədə Marib sakinlərinin maraqlarını qoruyacaqdır.

Yəmən Parlamenti sədrinin müavini Əbdül Salam Həşul da Əl-Məsirə telekanalına verdiyi müsahibədə, Marib təşəbbüsünü Yəmən böhranının həlli və ölkədə hərtərəfli sülhə nail olmaq üçün real və praktik bir yanaşma olaraq xarakterizə edib.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil