Beynəlxalq Amnistiya Təşkilatı: İsrailin cinayətlərini ifşa etmək üçün səylərimizi davam etdirəcəyik

QafqazTimes xəbər verir ki, ötən gün Beynəlxalq Amnistiya Təşkilatının Baş Katibi, əvvəllər BMT-nin məhkəməsiz qətllər üzrə xüsusi məruzəçisi Aqnes Kalamard İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşü ilə bağlı deyib: “Gördüyümüz işlər barədə hesabat vermək üçün Fələstin Muxtariyyətinin rəhbərindən dəvət aldıq.”

“Russia Today”-in məlumatına görə o, belə əlavə edib: “Bu hesabat İsrail hakimiyyəti tərəfindən yaradılmış apartayd rejimi və fələstinlilərə qarşı irqçi cinayətlər haqqındadır.”

O, həmçinin qeyd edib: “Bizim bütün dünya qarşısında irqçilik və apartayda son qoymaq üçün nə etdiyimizlə bağlı dərin müzakirələr gedir.”

İsrailin bu hesabatı rədd etməsinə diqqət çəkən Aqnes Kalamard belə əlavə edib: “Ancaq biz İsrailin irqçi cinayətləri ifşa olunana qədər işimizi davam etdirəcəyik. Bu hesabatın açıqlanması bu istiqamətdə atılan ilk addım idi və biz İsrailin davam etdirdiyi apartayd rejiminə son qoymaq üçün 70 beynəlxalq təşkilatla birgə çalışacağıq.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur