Beynəlxalq Amnistiya Təşkilatı: İsrail apartayd rejimidir

QafqazTimes xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə axşamı Qüdsdə bir oteldə keçirdiyi “İsrailin Fələstinlilərə qarşı apartayd sistemi” adlı mətbuat konfransında rəsmi hesabatını açıqlayıb.

Beynəlxalq Amnistiya Təşkilatı İsrailin müxalif olmasına baxmayaraq, açıqladığı bu hesabatda bildirib: “İsrail rəsmiləri fələstinlilərə qarşı irqi ayrı-seçkilik cinayətlərinə görə cəzalandırılmalıdır. Biz İsrail hakimiyyətini qanun pozuntularına yol verənləri məsuliyyətə cəlb etməyə çağırırıq.”

Bu hesabatda belə qeyd olunur: “Biz bilirik ki, İsrail öz rəsmilərini cəzalandırmaqda parlaq keçmişə malik deyil və buna görə də Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, bütün beynəlxalq qurumları hərəkətə keçməyə çağırırıq.”

Beynəlxalq Amnistiya Təşkilatının bəyanatında həmçinin deyilir: “Bizim araşdırmalarımız İsrailin fələstinlilərə qarşı necə vəhşiliklər törətdiyini göstərir. Bura İsraildə və Fələstin torpaqlarında yaşayan fələstinlilər və digər ölkələrdəki qaçqınlar da daxildir.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur