Beynəlxalq Amnistiya Təşkilatı: Birləşmiş Ştatlar insanların həyatını Əfqanıstandakı siyasi məqsədlərdən üstün tutmalıdır

QafqazTimes xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatında Bayden hökumətini Əfqanıstandakı humanitar böhranı nəzərə alaraq, insan həyatının qorunmasını Əfqanıstandakı siyasi məqsədlərindən üstün tutmağa çağırıb.

Bu təşkilat Bayden hökumətini 11 Sentyabr hücumlarında həlak olanların ailələrinin xeyrinə əfqan xalqının əmlakının yarısını müsadirə etmək kimi “ədalətsiz və məntiqsiz” qərarını dərhal dayandırmağa və bütün bu aktivlərin əfqan xalqı üçün əlçatan olmasını təmin etməyə çağırıb.

Beynəlxalq Amnistiya Təşkilatı həmçinin qeyd edib ki, ələ keçirilən aktivlər Taliban və ya 11 sentyabr hücumlarının icraçılarına deyil, əfqan xalqına məxsusdur və Əfqanıstan iqtisadiyyatını dirçəltmək üçün bunların hamısı Əfqan xalqının ixtiyarında olmalıdır.

Bəyanatda belə əlavə edilib: “Əfqanıstanın valyuta ehtiyatlarının bir hissəsinin sərbəst buraxılması aclıq astanasında olan milyonlarla insan üçün zəruridir.”

Related posts

General Amirlidə minlərlə insanı xilas etdi…

BMT də ABŞ-ın cinayətini etiraf edir!

Onların baxışlarına aşiq idim!