Beş prezident üçün bir təyyarə: Avropa qənaət rejiminə keçir – FOTO

Slovakiya, Sloveniya və Çexiya liderləri Zuzana Çaputova, Nataşa Pirc-Musar və Petr Pavel vergi ödəyicilərinin pullarına qənaət etmək və mühərriklərdən zərərli emissiyaları azaltmaq məqsədilə çərşənbə axşamı Reykyavikdəki Avropa Şurasının sammitinə eyni təyyarə ilə gediblər.

Üç respublikanın rəhbəri Slovakiya prezidentinin təyyarəsi ilə Reykyavikə uçublar. Çaputova və Pirc-Musar Bratislavadan yola düşüblər. Onlar yolüstü Pavelin səfər etdiyi Kopenhagenə enərək onu da özlərilə aparıblar.

Xarici səfərlər zamanı üst-üstə düşən istiqamətlər üzrə bir təyyarədən istifadə ideyası Çaputova və Pavelə məxsusdur. Onlar bu barədə ilin əvvəlində razılığa gəliblər.

Bildirilir ki, Reykyavikdən qayıdarkən Avstriya prezidenti Aleksander Van der Bellen və Moldova dövlət başçısı Maya Sandu da Slovakiya, Sloveniya və Çexiya liderlərinə qoşulacaqlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi