Bu il iyunun 12-də dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin övladları miras qalan daşınmaz əmlakın bir hissəsini satışa çıxarmaq qərarına gəliblər.
Söhbət xüsusilə XVIII əsrə aid Villa Cernettodan gedir. O, Lezmoda yerləşir.
Mərhum siyasətçi burada Azad Düşüncə Universitetini təşkil etmək istəyirdi və rəsmi tədbirlər, görüşlər keçirirdi.
Qeyd edək ki, vaxtilə ölkənin ən varlı adamları reytinqində birinci yeri tutan İtaliyanın keçmiş baş nazirinin mirası təxminən 5 milyard avro qiymətləndirilir.