Berlində Fələstinə dəstək asiyası

Minlərlə Fələstin xalqı dəstəkçisi Almaniyanın paytaxtı Berlində aksiya keçirib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (23 dekabr) Berlin şəhərində minlərlə insan küçələrə axışıb Fələstinə dəstək və İsrail rejiminə nifrətlərini elan ediblər.

Məlumata görə aksiyaçılar əllərində Fələstin bayrağı və sionist rejimə nifrət şüarlı plakatlarla öz etirazlarını bildiriblər.

Deyilənlərə görə paytaxt Berlinin Kruzburg məntəqəsindən şəhərin mərkəzində yerləşən Brandenburg darvazasına qədər yürüşdə “Qəzzədə müharibəyə son!” şüarları səsləndiriblər.

Xatırladaq ki, oktyabrın 7-dən sionist rejimin Qəzzə xalqına tutduğu virandan sonra Almaiyada Tel Əviv rejiminə qarşı aksiyalar başlayıb. Amma elə aksiyaların ilk günlərindən Berlin polisi  “Fələstinlə həmrəylik üçün Berlinin müxtəlif bölgələrində keçiriləcək mitinq və eyni mövzuda yürüş, eləcə də onları əvəz edən bütün tədbirlər, ictimai asayiş və təhlükəsizliyə təhdid səbəbiylə” bu aksiyalara qadağa qoyub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib