Berlin polisi Həmas tərəfdarlarının evinə basqın izni aldı

Almaniya daxili işlər nazirliyi Həmas tərəfdarlarının evlərinə basqın planı hazırlayaraq icra mərhələsinə daxil olub.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Berlin polisi dünən (23 noyabr) Fələstin müqaviməti üzvləri və tərəfdarlarının ölkədə nizamsızlıq yaratma ehtimalını əldə əsas tutaraq onların evlərinə basqın və təftişə keçib.

France İnformasiya Agentliyinin verdiyi xəbərə görə 500 polis qüvvəsi Berlin şəhərinin 13 məntəqəsində əməliyyatlar keçirib və evlərdə olan smartfon, notebook və digər elektrik vasitələrində axtarışa başlayıblar.

Məlumata görə Almaniya DİN-i bu əməliyyatların “radikal islamçılar” əleyhinə keçirdiyini deyib.

Almaniya polisi ötən həftə də Hamburqda Livan Hizbullahı ilə əlaqələri olma ehtimalı ilə bir neçə islami təşkilat və qurumlara hücum etmişdi.

Almaniya islami müəssisələrdə keçirdiyi bu əməliyyatları “İran İslam İnqilabı amallarının təbliğatı” ilə məşğul olduqları bəhanə edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib