Ben Qvir Qərb sahilində daimi postlar yaradılmasını istəyir

Ben Qvir Qərb sahilində daimi postlar yaradılmasını istəyir

Sionist rejimin radikal ekstremist naziri qəsəbə sakinlərinin rifahının fələstinlilərin azadlığından üstün olduğu iddiası ilə İordan çayı qərb sahilində daimi post-keçid məntəqələrinin yaradılmasını istəyib.

Əl Aləm telekanalının məlumatına əsasən, milli təhlükəsizlik naziri İtmar Ben Qvir birlikdə bu gün (12 dekabr) X sosial media hesabında baş nazir Benyamin Netanyahuya müraciət edərək yazıb: İordan çayı qərb sahili ərazisində yerləşən Yəhuda və Əl Samira qəsəbələri yaxınlığında fələstinlilərə məhdudiyyət qoymaq və qəsəbə sakinlərinin təhlükəsizliyini təmin etmək üçün daimi post-keçid məntəqələri yaratmaq lazımdır.

Ben Qvir əlavə edib: İsrail vətəndaşlarının həyatı fələstinlilərin azadlığından önəmlidir.

İsrailin maliyyə naziri Bezazel Smotriç də bir neçə gün əvvəl İordan çayı qərb sahilinin 60% ərazisinin İsrail hakimiyyəti altına keçməsi zəminində inkişafdan xəbər vermişdi.

Related posts

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir

Sionist məmurlar: İsraillilər hələ şimal bölgələrinin təhlükəli olduğunu sanır

Sionist medialar: Çox güman ABŞ-ın yeni dövləti gələnə qədər Qəzzədə atəşkəs olacaq