Ben-Qvir Qərb ölkələrinin sanksiyalarına cavab verdi: “Qorxmuram, siyasətimi davam etdirəcəyəm”

Smotriç də istefaya getdi

Sionist rejimin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın ona qarşı tətbiq etdiyi sanksiyalara — o cümlədən aktivlərin dondurulması və səyahət qadağasına — reaksiya verib. O, sanksiyaların onu qorxutmadığını bildirərək siyasətini davam etdirəcəyini bəyan edib.

“Ölkəmiz və xalqımız üçün çalışmağa davam edəcəyəm, HƏMAS-a humanitar yardımın daxil olmasına imkan verilməməsi üçün əlimdən gələni edəcəyəm,” – deyə Ben-Qvir bildirib.

Nazir beynəlxalq ictimaiyyətin tədbirlərini ciddiyə almadığını vurğulayıb: “Biz bir vaxtlar Fironun dövründən də çıxmışıq, bu mərhələni də keçəcəyik.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib