Ben Qvir Məscidül Əqsaya daxil olma əmri verdi

Sionist rejimin radikal təhlükəsizlik naziri yəhudilərin bayram ərəfəsində Misir və BMT rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq Məscidül Əqsaya basqın əmri verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İtamar Ben Qvir dünən axşam (2 aprel) sionistlərdən çərşənbə günü hamının Məscidül Əqsaya daxil olmasını əmr edib.

Şahab Fələstinin məlumatına görə Ben Qvir tele-müsahibədə sionistlərə müraciət edərək onların müqəddəs məkana gəlmələrini tələb edib.

O, həmçinin deyib: Məscidül Əqsa İsrailin ən önəmli məkanıdır və yəhudilər dövlət hüquqlu vətəndaşlar olduğu üçün bu məkana daxil olma haqqına malikdirlər. Beləliklə də müqəddəs bayram günü oraya daxil olsunlar.

Amma Ben Qvir özü bayram günü Məscidül Əqsaya daxil olmayacağını da qeyd edib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir