Ben Qvir: Hizbullahı məhv etmək gücümüz var

Ben Qvir: Hizbullahı məhv etmək gücümüz var

Sionist rejimin radikal təhlükəsizlik naziri cəfəng iddialarının davamında Livan Hizbullahını məhv edə biləcəklərindən danışıb.

Əl Aləm telekanalının məlumatına əsasən, İtamar Ben Qvir bu gün (6 iyun) İsrailin FM radiosu ilə müsahibəsində deyib: Hizbullahın məhvi üçün əməliyyatlara başlamalıyıq. Bizim onlara gücümüz çatacaq.

Ben Qvirin sözlərinə görə Hizbullahla müharibəyə başlamaq üçün heç bir problem yoxdur və güc birləşməsindən istifadə etmək lazımdır.

“Ağılı olan hər bir şəxs bizim Hizbullahla mübarizə aparmaq üçün heç bir çarəmizin qalmadığını anlayır. Bu problemin diplomatik yollarla həll olunmasını düşünənlər mənə Həmasın Qəzzə zolağı üçün xülyalarını xatırladır. Odur ki, məhv etmək üçün müharibə etmək lazımdır” – deyə Ben Qvir yeni bir cəfəngiyyata imza atıb.

Related posts

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur