Ben Qvir Əl Niqəb həbsxanasında

Sionist rejimin radikal “təhlükə”sizlik naziri İtamar Ben Qvir fələstinli əsirlərə edilən işgəncələri yaxından görmək üçün Əl Niqəb həbsxanasına gedib.

Əl Aləm telekanalının məlumatına əsasən, Ben Qvir bu gün (14 avqust) ötən ay rəsmi idarə işçiləri olan fələstinli əsirlərin vaxtından əvvəl azadlığına dair qadağaların icra olunub-olunmaması barədə yaxından məlumat almaq üçün Əl Niqəb həbsxanasında olub.

Fələstinin Əsirlər işləri üzrə Nazirliyi Ben Qvirin Əl Niqəbə getməsini xəstə əsirlərin “tədrici edam” hökmünün icrasına yaşıl işıq nişanəsi kimmi dəyərləndirib.

İtamar Ben Qvir təhlükəsizlik naziri vəzifəsinə gəldikdən sonra həbsxanalarda çörək bişirilməsinə qadağa qoyaraq, hamam və tualetdən istifadə sayını azaltmaqdan əlavə, tibbi yardımları minimum həddə çatdırıb.

Bundan əlavə, Əl Niqəb həbsxanasında işgəncələrə məruz qalan fələstinli əsirlərin heç bir ilkin ehtiyacları təmin olunmur və icbari transferlərlə fiziki-psixoloji təzyiqlər altındadırlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur