Belçika və Fransa Haaqa Məhkəməsinin qərarına dəstək verdi

Fransa və Belçika dövləti Haaqa Məhkəməsinin Qəzzə müharibəsinə görə sionist rejim əleyhinə çıxardığı qərarını dəstəklədiklərini elan ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Fransa dövləti bu gün (21 may) Haaqa məhkəməsinin sionist rejim baş naziri Benyamin Netanyahu və müharibə naziri Yoav Gallant barədə cəza qərarının düzgün və yerində olduğunu elan edib.

Həmçinin Belçika xarici işlər naziri Haca Lahbib də X sosial media hesabında ölkəsinin beynəlxalq cinayət məhkəməsinin qərarına hörmətlə yanaşdığı və dəstəkləməsi barədə  yazıb: Qəzzədə törənən cinayətlərin amilləri ən şiddətli cəzalarla mühakimə olunmalıdırlar.

Digər bir xəbərdə “Politico” qəzetindəki məqalədə yazılır: Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin baş naziri Bünyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və Fələstinin HƏMAS qruplaşmasının üç liderinin həbsinə order istəyəcəyini açıqlayıb.

Məqalədə bildirilir ki, istefada olan general və deputat Benni Qantsın Netanyahunun Qəzza zolağının müharibədən sonrakı idarə planı üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hökumətdən istefa verəcəyi ilə hədələməsi səbəbindən İsrail baş nazirinin ofisi dağılmaq ərəfəsində idi.

Nəşr yazıb ki, Xanın açıqlaması sayəsində təqaüddə olan generalın üsyanı arxa plana keçib. Netanyahunun əsas siyasi opponentlərindən biri olan İsrail müxalifətinin lideri Yair Lapid Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu pisləyib və onun bəyanatını “fəlakət” və “tam mənəvi uğursuzluq” adlandırıb. Lapid parlamentdəki fraksiyasına ABŞ Konqresinin Xanın təşəbbüsünü pisləyəcəyinə ümid etdiyini bildirib.

O deyib ki, demokratik ölkənin liderləri ilə HƏMAS arasında paralellər aparmaq ədalətin təhrifidir və açıq-aşkar mənəvi iflasdır.

Related posts

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq

National İnterest: İranın nüvə qüdrəti enilməzdir

2 şərhlər

먹튀검증사이트 May 22, 2024 - 4:49 səhər

[먹튀검증사이트] 에서 안전한 토토사이트 추천 정보를 제공합니다. 먹튀 보증 업체 이용으로 토토사이트 먹튀를 예방하세요.

Add Comment