Belçika naziri sionist cinayətlərinə görə Tel Əvivin hücumuna məruz qaldı

Belçikanın inkişaf və əməkdaşlıq nazirinin sionist rejimin İordan çayı qərb sahilindəki cinayətlərinə işarəsindən sonra Tel Əviv rəsmilərinin hücumuna məruz qalıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yadiut Ahranut qəzeti yazır: Cümə axşamı günü Belçikanın Tel Əvivdəki səfiri Con Luuk Bodson XİN-ə çağırılaraq inkişaf və əməkdaşlıq naziri Karolin Ceynzin İsrailin Qərb sahilindəki cinayətlərini pisləməsinə görə tənbihlənib və Brüsseldəki Tel Əviv səfiri də etiraznaməni Belçika XİN-ə təqdim edib.

Karolin Ceynz “Day Morqan” qəzetindəki müsahibədə İsrailin Afrika, Ukrayna və Fələstindəki cinayətlərini təhlil edərək deyib: Başda Avropa olmaqla son illərdə Ukraynada çoxlu cinayətlər baş verib. Amma onların cinayətdən çox yardıma ehtiyacları var. Məsələn, işğal olunmuş Fələstində artıq vəziyyət dözülməzdir. İsraillilər Fələstinin bəzi kəndlərini xəritədən tamamilə siliblər.

K.Ceynz daha sonra deyib: Əvvəlki illərə nisbərət gərginlik həm zaman, həm də ardıcıllıq baxımından həddən artıq çoxalıb. Bu ilki hadisələr 2022-ci illə müqayisədə fələstinlilər daha çox yaralanıb və ziyanlara məruz qalıblar.

Belçikalı nazir sonda deyib ki, sionist qəsəbə sakinlərinin bu il törətdiyi terrorlar və Eynus Samiyə, Əl qəbun, Əl Buqə, Rəssut Tin və Ramullahın şərqindəki İordan çayının qərb sahilindəki fələstinli kəndlərə hücumları bu kəndlərdən əsər-əlamət qoymayıb.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib